Kəlağayı Azərbaycanda ənənəvi geyim kimi istifadə edilən dördkünc formalı, qədimi ipək qadın örtüyüdür. Müxtəlif parlaq və əlvan rənglərdən ibarət bir rəngli formada olur və ya xarakterik bəzəklərdən hazırlana bilər. Kəlağayı günəşdən və küləkdən qorunmaq üçün istifadə edilən regionda məşhur geyim növüdür.

Kəlağayı Azərbaycan qadınlarının hədsiz sevgi və diqqəti ilə toxunur və Azərbaycanın mədəni irsini və əxlaqi keyfiyyətlərini əks etdirir. Onun ərsəyə gətirilməsi çox mürəkkəb və müxtəlif insanların əməyini tələb edən bir prosesdir. Bəzədilmiş və tam hazır olunmuş kəlağayının çəkisi 120-125 qram olur, buna görə də onu “zərif möcüzə” hesab edə bilərik. Tamamlanmış kəlağayı 150×150 sm ölçüsündə olur.

 

Kelaghayi_2

 

Geometrik formalardan daha mürəkkəb təsvirlərə kimi dəyişən və əsasən kəlağayının kənarında və ya mərkəzi hissəsində mövcud olan naxışlardan ibarət həddindən artıq zərif bəzəklər Azərbaycanın incəsənət ənənəsini əks etdirir.

İpək  parça seçimi bir ənənə kimi qəbul edilir, çünki bu parça yayda sərin, soyuq aylarda isə isti saxlayır. Bugün kəlağayı Azərbaycanda geniş istifadə olunur və qadınlar öz yaşlarına və vəziyyətlərinə uyğun müxtəlif formalarda istifadə edirlər.

Ənənəyə görə, bir qadın bir kişiyə kəlağayı hədiyyə edəndə ona sonsuz məhəbbət və sadiqlik vəd edir. Dəyərli baş örtüyü Azərbaycan Milli İncəsənət Muzeyində və dünyanın digər məşhur muzeylərində nümayiş etdirilir.

2014-cü ildə kəlağayıya UNESCO-nun qeyri-maddi mənəvi irs statusu verildi.

Kəlağayı yüzillik tarixə malik Azərbaycan ənənəsinin və mədəniyyətinin bir hissəsidir. Bugünə kimi də bütün Xəzər regionunda və dünyada öz cazibəsini sərgiləməyə davam edir. İnsan yaradıcılığının və istedadının möhtəşəm əsərlərinin ərsəyə gəlməsində rol oynayan kəlağayı parlaq və zərif geyim tərzidir.

 

Kelaghayi_3

Share This