18 Sentyabr Azərbaycanda Üzeyir Hacıbəyovun doğum günü kimi qeyd olunur. O, 1885-ci ildə Azərbaycanın Ağcabədi rayonunda dünyaya göz açmışdır. Dahi musiqiçi Azərbaycanda dövlət himninin bəstəkarı kimi tanınır və sevilir. Dinamik xarakteri ilə seçilən Üzeyir Hacıbəyov islam dünyasında ilk opera müəllifi olmuşdur.

2009-cu ilin sentyabrından etibarən Bakıda və bütün Azərbaycanda qeyd edilən festival bu il 10-cu dəfə keçiriləcək.

Mədəniyyət və İncəsənət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşdırılan festival sentyabrın 18-dən 26-dək davam etmişdir.

İncəsənət bayramında azərbaycanlı musiqiçilərlə yanaşı, əcnəbi musiqiçilər də iştirak etmişdir. Bu il İtaliya, Rusiya, ABŞ, Türkiyə və Sloveniyadan məşhur musiqiçilərin müşayiəti ilə 30-a yaxın konsert baş tutmuşdur.

Konsertlərdən əlavə festivalda, əsasən, Üzeyir Hacıbəyovun yaradıcı irsinə həsr olunmuş konfranslar və  seminarlar təşkil olunmuşdur.

 

Uzeyir-Hajibeyov-Sinalco-2

 

18 Sentyabr Üzeyir Hacıbəyovun doğum günü, Azərbaycanda Milli Musiqi günü kimi qeyd olunur.

Ü.Hacıbəyov (1885-1948) Azərbaycan müasir musiqisinin banisi hesab edilir. O, milli-etnik musiqini klassik musiqi ilə özləşdirən yaradıcı dahi kimi tanınır.  Onun təsir dairəsi Qafqaz Regionunun sərhədlərini aşır. O, ənənəvi üslubla qərb musiqi üslubunu birləşdirmək və Azərbaycan Milli Musiqili Komediyasının əsasını qoymaqla musiqi tarixinə əvəzedilməz töhfə vermişdir.

Üzeyir Hacıbəyovun tarixdə iz qoyan ən böyük töhfələrindən biri ixtisaslaşmış musiqi məktəbinin yaradılması ideyasını irəli sürməsi idi. Hər zaman öz dövrünü qabaqlayan bir şəxs kimi, kişilərin dominant olduğu cəmiyyətdə qadın emansipasiyası uğrunda mübarizə aparmışdır.

Üzeyir Hacıbəyov adına Beynəlxalq Musiqi Festvalı Azərbaycanda olduqca nüfuzlu, musiqi hadisəsidir və il boyu respublikada həyata keçirilən çoxsaylı incəsənət tədbirlərindən biridir.

Share This