World Food Azerbaijan 2019

WorldFood Azerbaijan 2019 beynəlxalq qida sərgisi 15-17 may tarixlərində paytaxt Bakıda baş tutub.

Hər il baş tutan bu sərgi Azərbaycanın qida sənayesi ilə bağlı əsas beynəlxalq sərgilərdən biridir.

 

 

Tədbir İteca Caspian tərəfindən təşkil olunub və Bakı Ekspo Mərkəzində baş tutub. Sərgi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və bir çox dövlət müəssisələrinin dəstəyi ilə həyata keçirilir.

WorldFood Azerbaijan qida sektorunun iştirakçıları üçün önəmli tədbirə çevrilmişdir və 25 ildir ki  fəaliyyət göstərməsi ilə Xəzər regionunda qabaqcıl qida sərgisi kimi tanınır.

Qidanının yalnız ehtiyac olduğunu deyil həm də aparıcı qüvvə olduğunu sübut edərək, regionda qida bazarında və sənayesində əhəmiyyətini bir daha göstərərək bu il tədirin Azərbaycanda 25 illik yubileyi qeyd olunub.

Illər boyu WorldFood Azerbaijan – da 40 ölkədən 2137 şirkət iştirak etmişdir və 2019-cu ildə artıq bu göstərici bütün dünya üzərindən 200-dən çox şirkəti əhatə etmişdir.

Illik görüşlər satıcılar, istehsalçılar, mütəxəssislər və biznesmenlər üçün həyata keçirilməli tədbirlərdən hesab olunur.

Görüşlər əlaqələrin yaranması, nümayişlər, konfranslar, xidmət mübadiləsi və qida biznesi sektorunda ən yeni araşdırmalar və innovasiyalar üçün əlverişli vaxtdır.

 

 

WorldFood Azerbaijan 2019 həm satıcılar həm də alıcılar üçün səmərəli şanslar yaratmışdır, eyni zamanda yeni və tanınmış biznesmenlər üçün bilik və əlaqələrin paylaşılması, həmçinin yeni bazarlara daxil olma imkanlarını irəli sürmüşdür.

Qida sənayesinə ayrılan diqqət bir daha Azərbaycanın işgüzar ruhunu  və ölkənin dünya ilə əlaqə yaratmaq, məlumat, mədəniyyət və təcrübə mübadiləsi üçün səmərəli imkanlarıı yaratmaq üçün diqqətini sübut edir.

Hər zaman olduğu kimi, Sinalco tədbirə xüsusi diqqət yetirmiş və sizi və sizin şirkətinizi növbəti tədbirdə Azərbaycan qonaqpərvərliyini və əlbəttə, möhtəşəm yeməkləri dadmağa dəvət edir.

Daha ətraflı məlumat rəsmi saytda: https://www.worldfood.az

Share This