Azərbaycanda 2018-ci il Formula 1 Qran Prisi

Ən sürətli F1 həyəcanını yaşamaq üçün hazır olun. Azərbaycan və paytaxtı Bakı 27-29 aprel 2018-ci il tarixlərində Formula 1 Qran Prisinə ev sahibliyi edəcək.

Bu, Azərbaycanda keçirilən ardıcıl 3-cü F1 yarışıdır və əvvəlki tədbirlərin təzə emosiyalarına əsaslanaraq artıq bütün dünyada yüksək qiymətləndirilmişdir. Şou, sürət və cəsarət Bakıda keçiriləcək bu ilki yarışın əsas açar sözləri olacaq. Yarış Köhnə Bakının möhtəşəm tikililəri və Müasir Bakının yeni parlaq binaları fonunda baş tutacaq. Belə bir tədbirin təşkili çətin idi və təşkilatçılar hər detala böyük diqqət yetirməli idilər.

 

Baku-Circuit

Bakı Şəhər Halqası Xəritəsi haqqında bəzi maraqlı məlumatlar:

Trekin uzunluğu: 6.003 km
2016-cı ildə rəsmi maksimal sürət: 366 km/s
Orta sürət: 211 km/s
Turlar: 51
Pit Leyn uzunluğu: 295 m
Pit Leyn-də sürət: 80 km/s
Döngələr: 20
Ən sürətli pit stop: 1.92 saniyə
Ən sürətli döngə: 16-cı döngə (Four Seasons Hotel) 170 km/s
Ən yavaş döngə: 8-ci döngə (Trekin ən dar hissəsinə giriş nöqtəsi) 86 km/s

Azərbaycanın Formula 1 Qran Prisi Bakıda 2018-ci il Aprel ayında keçiriləcək və bununla yanaşı işıq şousu, pilotlar tərəfindən avtoqraf sessiyası, parad və təbii olaraq podium mərasimi kimi tədbirlər keçiriləcəkdir. Təşkilatçılar, həqiqətən, insanların öz qəhrəmanlarına mümkün qədər yaxınlaşmalarını və tədbirdə iştirakdan tam zövq almalarını istədilər.

Bundan əlavə, trekdən kənarda da təcrübələri daha da genişləndirmək üçün və Azərbaycanda baş verən bu çox mühüm hadisənin uzun müddət yaddaşlarda qalması üçün əyləncəli zona (fun-zone) yaradılması da nəzərdə tutulub.

 

İştirakçılar siyahısı:

44 Lewis Hamilton – Böyük Britaniya – Mercedes AMG Petronas Motorsport
77 Valtteri Bottas – Finlandiya – Mercedes AMG Petronas Motorsport
5 Sebastian Vettel –Almaniya – Scuderia Ferrari
7 Kimi Räikkönen – Finlandiya – Scuderia Ferrari
3 Daniel Ricciardo – Avstraliya – Aston Martin Red Bull Racing
33 Max Verstappen – Hollandiya – Aston Martin Red Bull Racing
11 Sergio Perez – Meksika – Sahara Force India F1 Team
31 Esteban Ocon – Fransa – Sahara Force India F1 Team
18 Lance Stroll – Kanada – Williams Martini Racing
35 Sergey Sirotkin – Rusiya – Williams Martini Racing
27 Nico Hulkenberg – Almaniya – Renault Sport Formula One Team
55 Carlos Sainz – İspaniya – Renault Sport Formula One Team
10 Pierre Gasly – Fransa – Red Bull Toro Rosso Honda
28 Brendon Hartley – Yeni Zelandiya – Red Bull Toro Rosso Honda
8 Romain Grosjean – Fransa – Haas F1 Team
20 Kevin Magnussen – Danimarka – Haas F1 Team
14 Fernando Alonso – İspaniya – McLaren F1 Team
2 Stoffel Vandoorne – Belçika – McLaren F1 Team
9 Marcus Ericsson – İsveç – Alfa Romeo Sauber F1 Team
16 Charles Leclerc – Monako – Alfa Romeo Sauber F1 Team

Sinalco həmişə olduğu kimi öz müştərilərini dəvət edərək bu tədbirdə iştirak edəcək və bu Sinalconun da bildiyi və qiymətləndirdiyi fundamental dəyərlər olan sürəti, texnologiyanı və mükəmməl təşkilatçılığı qeyd edən qeyri adi bir təcrübədir.

Share This