Rəqs Azərbaycan mədəniyyətində böyük rol oynayır. Bu qədim və dərin kök salmış bədii ifadə Azərbaycanda özünəməxsusluq təşkil edir və digər ölkələrdən kifayyət qədər fərqlənir.

Azərbaycanda rəqs sənəti zamanın özü kimi qədimdir. Azərbaycan rəqsini bütün digər rəqs növlərindən fərqləndirən xüsusi element cəld temp və qıvraq hərəkətlərdir, həmçinin insanı zamanda səyahət etdirən milli geyimlər də rəqsə öz töhvəsini verir.

Çevik hərəkətlər Azərbaycan xalqına məxsus xarakterdir, məhz buna görə də rəqs sənətində onu unikallaşdıraraq əks etdirilir.

Milli rəqslər həm siravi insanlar, həm də peşəkar rəqsçilər tərəfindən ifa olunur. Keçmişdə bir çox Azərbaycan xanı öz sarayında qadın və kişilərdən ibarət peşəkar rəqs qrupları saxlayardılar.

Yeni İl və baharın gəlişi (21-22 mart) kimi qeyd edilən Novruz bayramı Azərbaycanda rəqs üçün xüsusi bir andır. Novruz ictimai rəqs tədbirləri və musiqili əyləncə proqramları ilə sonlanır.

 

Creator – Michael Wendl – URL: http://skylum.com – Usage Terms – Licensed under a Creative Commons Attribution 3.0 License – http://creativecommons.org/licenses/by/3.0/

 

Rəqs növləri və tərzləri kifayyət qədər çoxdur, aşağıda adı çəkilənlər isə onlardan bəziləridir.

Abayı Azərbaycanın milli rəqs növüdür ki, əsas etibarilə ahıl adamlar-həm qadınlar, həm də kişilər tərəfindən ifa olunur.

Ağır Qaradağı Qaradağda yaradılmışdır və ənənəvi ritmik Azərbaycan rəqsi ilə müqayisədə daha aramdır.

Alçagülü Əli Kərimov tərəfindən yaradılmış, ötən əsrin başlanğıcına təsadüf edən milli rəqs növüdür. Bu rəqs cəld templərlə qadınlar tərəfindən ifa olunur.

Ənzəli Bakıda yaradılıb və ahıl insanlar üçün nəzərdə tutulub, buna görə də asta templə oynanılır. Bu növ 1800-cü ilin sonuna təsadüf edən milli rəqsdir və həmçinin gənclər tərəfindən də rəğbət görür.

Asma-kəsmə ən qədim Azərbayan rəqsidir ki, rəqsin tempi aram və sıçrayışlıdır. Ənənəvi olaraq bu rəqsi toy mərasimlərində qadınlar oynayırlar.

Adı çəkilən rəqslər Xəzər Regionuna xas saysız milli və müasir rəqs növlərinin bir neçəsidir. Azərbaycanda onlarla rəqs növü var ki, bunlar yaradıcı və xoşbəxt xalqın həyatın heç bir anını qaçırmamaq və özəl anlarını sevinc və şövqlə xatırlamaq istəyindən irəli gəlir.

 

Artist: Niyaz Bakılı: https://www.flickr.com/people/53628283@N03/

Share This