Azərbaycanın palçıq vulkanları öz unikallığı ilə seçilir. Ölkədə 400-dən çox vulkan vardır və bu isə bir regionun payına düşən vulkan sayına görə ən çoxdur.

Belə təxmin edilir ki, dünya palçıq vulkanlarının üçdə biri Azərbaycanda yerləşir.

Azərbaycanın palçıq vulkanları sadəcə gözəlliyi və heyrətamizliyi ilə fərqlənmir, həm də resurs kimi istifadə olunur. Onun tərkibində qaz və neft də mövcuddur. Vulkan püskürmələrindən yaranan lava, palçıq və maye kimi maddələr sənayedə xam mal kimi istifadə olunur.

Bu vulkanlar yeraltı karbohidrogen və petrokimyəvi yığıntılarla  yaxından əlaqəlidir.

Qazlar mütəmadi olaraq yer səthinə qalxmağa çalışır və onların əksəriyyəti daimi şəkildə alovlanır.  Məhz bu səbəbdən güman olunur ki, Zərdüştə sitayiş yerdən qalxan əbədi alovlarla əlaqəli olan vulkan ərazisində meydana gəlmişdir.

 

 

Uzun illərdən bəri Azərbaycan xalqı palçıq vulkanlarını bozdağ adlandırmışlar.

Təəccüblüdür ki, bu cür vulkanlar lava deyil palçıqdan təşkil olub və temperaturu isə istidən ziyadə soyuq olur. Hərkəsə məlum olan normal vulkanlardan fərqli olaraq heç bir zaman ölçücə böyümür.

Bir neçə il əvvəl bu təbii möcüzələri mühafizə etmək məqsədi ilə paytaxt Bakı yaxınlığında Abşeron yarımadasında 12,000 hektar ərazini əhatə edən Dövlət Təbiət Qoruğu yaradıldı.

Palçıq vulkanları bəzən vanna qəbulu üçün yararlıdır və dəri üçün faydalı olduğu da sübut olunmuşdur. Bununla belə, heç də bütün qəbul olunan vannalar tərkibindəki yüksək radioaktivliyə görə dəri dostu deyil.

Farmaseptik və gözəllik sənayesi də həmçinin qiymətli təbii palçıqdan əhəmiyyətli dərəcədə faydalanır.

Hər il Qobustan Milli Parkında yerləşən palçıq vulkanları minlərlə turist cəlb edir və 2007-ci ildə bu qoruq YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilib.

 

Share This