Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə ilə 9 Oktyabrda turizm, loqistika və maliyyə xidmətlərininə dair təşəbbüsləri dəstəkləyən Azərbaycanın Rəqəmsal Ticarət Qoşvşağı mövzusunda 3-cü beynəlxalq konfrans keçiriləcək.

Tədbir “İpək Yolunun rəqəmsallaşması” adlandırılıb və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşəbbüsü ilə təşkil olunacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əsas məqsədi mikro və makro analitik məlumatlara əsaslanan iqtisadi islahatların həyata keçirilməsi üçün təşəbbüslərin artırılmasıdır. Araşdırmalar ölkənin davamlı iqtisadi inkişafınının yaradılmasına, eyni zamanda orta-uzun müddətli proqnozaların verilməsi, Azərbaycan Respublikasının iqtisadi inkişafına cavabdeh olan qurumlar və agentliklər üçün məlumat əsaslı köməyin təmin olunmasına yönəlib.

 

 

Bu il keçiriləcək tədbirdə əsas diqqət İpək yolu boyunca  rəqəmsal layihələr, maliyyə və bank texnologiyalarına yönələcək. Eləcə də innovasiyalar və e-hökümət həlləri müzakirələr zamanı vacib mövzulara çevriləcək. Estoniyanın ( Estoniya e-hökümət və e-vətəndaşlıq üzrə aparıcı ölkədir) e-vətəndaşlıq proqramının direktoru Kaspar Korjus tədbirdə xüsusi qonaq qismində iştirak edəcək. O, insanlar və biznes üçün vacib rəqəmsal xidmətlərin inkişafına dair Estoniyanın etdiyi yeniliklərdən danışacaq.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirib ki, bu dünyada yeganə tədbir olacaq ki yerli sahibkarlara və qeyri sakinlərə elektronik xidmətlərin göstərilməsində rəqəmsal həll yolları təklif edəcək.

Share This