#Sinalco Group, İdxal\İxrac, İtaliya Azərbaycan, Bakı, İtalyan Dizaynı, Arxitektura

Bakının mərkəzində tamamlanmaq mərhələsində olan yaşayış kompleksinin fasadı məşhur ağ Carrara mərməri ilə üzlənmişdir.

Yeni Azərbaycan memarlığının tipik nümunəsi olan bu bina 1900-cü illərin Avropa stilində olmaqla klassik Bakı tikililərindən bəhrələnərək müasir üslubda işlənmişdir.

Sinalco fasadın və dekorasiyanın həyata keçirilməsi üçün konsaltinq və logistik xidmətlər həyata keçirmişdir: materialların alındığı karxananın yoxlanılmasından tutmuş,işlərin İtaliyada sənətkarlar tərəfindən həyata keçirilməsi və Azərbaycanda tikintiyə gətirilməsinə nəzarətə qədər.

Bütün tikinti komponentləri və mərmər dekorasiyalar Sinalco-nun Azərbaycan və Yaxın Şərq bazarında eksklüziv tərədafdaşı olan BDS Marble tərəfindən İtaliyada həyata keçirilmişdir.

Elementlər Bakıya göndərilərək yığılmış və ən xırda dəqiqliklə fasad üzərinə yerləşdirilmişdir.

Bu eksklüziv kompleks il ərzində tamamlanacaq.

Layihəyə bax