Azərbaycanda Biznes Qurmaq

Son illərdə Azərbaycan qlobal biznes imkanları yaradaraq sürətlə böyüyən bir dövlətə çevrilib.

Əsas olaraq neft və qaz üzərində cəmləşən Azərbaycan iqtisadiyyatı ötən 20 ildə son dərəcə inkişaf etmişdir, ölkə xarici investorları cəlb etmək üçün səylə çalışmış, həmçinin yeni biznes sektorlarına daxil olaraq iqtisadiyyatını şaxələndirmişdir.

Azərbaycan həm coğrafi həm də mədəni olaraq əlverişli mövqedə yerləşərək eyni zamanda Avropanın nüfuzundan yararlana bilən, həmçinin Asiya ilə körpü yaradan bir ölkədir.

Baxmayaraq ki, kreditlərdən yararlanmaq üçün vergi siyasəti və digər çətinliklər səbəbindən cərimələnir, Azərbaycan dünya iqtisadiyyatında kifayət qədər yaxşı mövqedədir və burada biznes qurmaq çox çətin deyil.

Bakı Azərbaycanın mədəniyyət və biznes mərkəzidir. Bakı şəhəri sürətlə inkişaf edir və sadəcə müqavilə imzalamaq üçün deyil, həmçinin turizm üçün də heyrətamiz bir şəhərdir. Şəhərə baş çəkmək həddindən ziyadə asandır.

İngilis dili Azərbaycanda biznes dilinə çevrilib, azərbaycan dili dövlət dilidir, rus dili isə geniş şəkildə istifadə olunur.

 

 

Azərbaycanda Biznes Qurarkən Nələrə Diqqət Yetirməli

Azərbaycan qərb ölkəsi hesab edilə bilər, belə ki,  işgüzar geyim forması adətən rəsmidir.

İş saatları və mağazaların açılış vaxtı bir qayda olaraq həftə içi səhər 10 axşam 6 radələrində olur.

Rütbə Azərbaycan biznes mədəniyyətində böyük əhəmiyyət kəsb edir və biznes anlaşmaları şirkət və təşkilat rəhbərləri tərəfindən icra olunur.  İlk öncə işgüzar görüşlərdə insanlar arasında əlaqə yaratmaq üçün qeyri-rəsmi söhbətlər açılır. Bu görüşlər hər şey ətraflı dəyərləndirilənə qədər və son qərar qəbul olunmazdan əvvəl direktorlar şurasına bildirilənədək saatlarla davam edə bilər.

Azərbaycanda işgüzar görüşlər zamanı yerli siyasət haqqında danışmaq xoş qarşılanmır.

Azərbaycanın milli valyutası manatdır. Əlavə dəyər vergisi 20% təşkil edir və əmtəənin növünə görə idxal və ixrac rüsumları dəyişir.

Biznesdə qadınlar və kişilər arasında bərabər hüqular mövcüddur, eyni zamnada bunun da fəqrinə vara bilərsiniz ki, digər ölkələrdə olduğu kimi əsas vəzifələri kişilər icra edir.

Korporativ hədiyyələr xoş qarşılanır və adətən hədiyyəni verən şəxsin qarşısında açılmır. Ölkə mədəniyyətində və ənənələrində içki məhsullarını hədiyyə kimi təqdim etməkdən imtina edilir.

 

 

Azərbaycanda Necə Biznes Qurmalı

Əcnəbi investor və ya sahibkar kimi siz bunları təsis edə bilərsiz:

  1. Yerli hüquqi müəsissə ( birgə müəsissə kimi)
  2. Tam şəkildə şəxsin mülkiyyətində olan filial
  3. Xarici biznesin nümayəndəliyi

 

Öhdəlikləri səhmlərə görə məhdudlaşan şirkətlərin təsisi üçün son vaxtlar yeni Azərbaycan qanunları və tənzimləmələri hazırlanır.

Ofis ərazisini tapmaq düşünüldüyü qədər asan deyil və yerli mütəxsəssisləşmiş firmalardan yardım almaq məqsədə uyğundur.

Sinalco sizə Azərbaycanda biznes qurmağa yardımçı ola bilər. Bakı ofisimiz düzgün məlumatlandırma, hətta Azərbaycanda ən yaxşı və düzgün şəkildə biznesə başlamaq arzusunda olan sahibkarlar və təşkilatlar ilə partnyorluq etmək imkanlarına sahibdir.

Ödənişsiz konsultasiya üçün bizimlə əlaqə saxlayın.

Share This