Növbəti Beynəlxalq Musiqi Festivalı  2018-ci il 22 iyul-5 avqust tarixləri arasında  keçiriləcək.

X Qəbələ Beynəlxalq Musiqi Festivalı

Qəbələ Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən hər il Azərbaycanda, Qəbələdə keçirilən klassik musiqiyə həsr olunmuş bir tədbirdi. Bu festivalın xüsusiliyi musiqiçilərin açıq havada ifa etməsidir. Dünyanın müxtəlif ölkələrinin musiqiçiləri son illərdə Beynəlxalq Qəbələ Musiqi Festivalında iştirak ediblər.

“X” Qəbələ Beynəlxalq Musiqi Festivalı olaraq adlandırılan bu festival artıq 10-cu dəfədir ki keçirilir.

Festival Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərərfindən təşkil olunur. Fondun  həmişə klassik musiqi mövzusuna marağı olub və solistlərdən böyük orkestrlərə qədər məşhur musiqiçiləri bir araya gətirib. Bugünə kimi Fondun təşəbbüsü ilə ABŞ-ın, Fransanın, İzrailin, Meksikanın, Kubanın, Polşanın, Rusiyanın, İtaliyanın, İspaniyanın dünyaca məşhur simfonik və filarmonik orkestraları festivalda iştirak ediblər.

Jazz Qəbələ Beynəlxalq Musiqi Festivalı ilə bağlı digər bir mövzudur. Nümayişlər açıq havada,  pavilyonu olan Qəbələ konsert salonunda keçirilir.  Bu il ənənəvi festivalda Rusiyanının, Türkiyənin, Cənubi Afrikanın, ABŞ-ın, Kanadanın, Fransanın, Avstriyanın, İzrailin, Ukraynanın və Koreyanın dünya şöhrətli musiqiçiləri iştirak edəcəklər.

Biz də “Sinalco” şirkəti olaraq bu festivalda iştirak edəcik və artıq həmin ərəfədə Azərbaycana səfər edəcək müştərilərimiz və tərəfdaşlarımız üçün yerlər rezerv etmişik. Belə bir ifadə var ki, iş həyatı əyləncə ilə qarışdırılmalı deyil, amma mühüm tədbirlər olduğu zaman bu ifadə “Sinalco” şirkəti üçün keçərli deyil.

Gabala-Music-Festival