Azərbaycanda keçirilən Formula 1 Qran Prisində Daniel Ricciardo qalib olub Sinalco isə öz qonaqpərvərliyi ilə ikinci dəfə “çempion” olub.

Bu mövsümün ən emosional yarışı oldu və heç kimin təsəvvürünə belə gətirə bilməyəcəyi nəticə ilə sonlandı. Daniel Ricciardo yarışa 10 – cü sırada başladı və yarışın əvvəllərində əyləcdə olan problem səbəbilə 17 – ci sıraya qədər geriləməsinə baxmayaraq yarışı birinci tamamladı.

Lance Stroll çox sürətli şəkildə liderliyə yüksəlməyi bacardı lakin, finiş xəttində Mersedes komandasının üzvü Vallteri Bottasa məğlub oldu.

Martin Brundle qeyd etdi: “Çox heyf ”.

Yarışı ikinci yerdə tamamlamasına baxmayaraq, Stroll günün pilotu seçildi. Onun komandası sona qədər ona dəstək oldu. Williams komandasının texniki Rob Smedley 18 yaşlı Strolla bildirdi ki, bu sənin yaşına görə inanılmaz bir yarış oldu. Təbriklər, afərin.

Ricciardo hər şeyin mükəmməl formada sonlandığını bildirdi. Və əlavə etdi : “Mən heç vaxt sıxıcı qələbə qazanmamışam və bu gün də belə oldu. Bütün o xaos və qırmızı bayraqları gördükdən sonra tribunaların hazır olduğunu anladım lakin, Lewisin dayanmalı olduğunu və Sebin cəzalandırıldığını gördükdən sonra başa düşdüm ki qələbə qazanmaq mümkündür”.

Keçən ilki şövq və nəzakətlə Sinalco öz tərəfdaşlarını Bakı Qran Prisinə dəvət etdi. Sinalco idarə heyəti və qonaqlar yarışı böyük maraqla izləyərək iş haqqında danışdılar.

Sinalco ticari əlaqələr yaradılmasında və peşəkarların bir yerə toplanmasında hər zaman ilk sıralarda olub.

Heç kimin gözləmədiyi bir sonluqla tamamlanan yarışdan öncə qonaqlar, Azərbaycanın milli mətbəxindən dadaraq çox razı qaldıqlarını bildirdilər.

Biz artıq Bakıda keçiriləcək növbəti F1 Avropa Qran Prisini səbirsizliklə gözləyirik.