Çay Azərbaycan mədəniyyətində böyük əhəmiyyət kəsb edir. Azərbaycanda təşkil olunan çay mərasimləri bu vərdişi demək olar ki, bənzərsiz və müqəddəs bir mərtəbəyə çatdırmışdır. Əgər Azərbaycanı ziyarət etsəz və ya belə bir planınız varsa qonaqpərvər Azərbaycan xalqının ənənəvi qara çayını dadmalısınız.

Ölkədə hər bir ənənvi yeməkdən sonra xüsusilə də qonaqlar da varsa mütləq süfrəyə  çay gətirilir və çayın yanında isə quru meyvələr, xurma, əncir və cürbəcür şirniyyatlar qonaqlara təqdim olunur. Çay həmçinin müxtəlif əlavələrlə dadlandırılır.

Çay içmək qonaqlara rahat atmosfer yaratmaq və söhbəti daha da dərinləşdirmək üçün yaxşı seçimdir.

Ümumiyyətlə Azərbaycan xalqı çaylarına qənd atmırlar bundan ziyadə ilk öncə qəndi çaya batırıb sonra bir dişlək alıb çaylarını beləcə sona çatdırırlar. Bəzi mənbələrdə deyilir ki, bu adət orta əsrlərə gedib çıxır. Əsas məqsəd isə zəhərlənmənin qarşısını almaqdır. Həmin dövr hökmdarları inanırdılar ki, ilk öncə qəndi çaya batırmaq içkidə zəhər olub olmadığını üzə çıxarmağa kömək edir çünki qənd zəhər ilə reaksiyaya girir və fincanda zəhər olduğunu göstərir.

Azərbaycanda çay içmək bir növ müqəddəs hadisədir. Əgər ev sahibi öz qonağına düzgün şəkildə çay təklif edə bilmirsə bu Azərbaycan mədəniyyətində xoş qarşılanmır.

Hər bir ev sahibindən qonağına çay təklif etməsi gözlənilir və buna görə də mötəbər evlərdə qonaqlara bolluca çay təqdim olunur.

 

 

Çay mərasimləri yerli mədəniyyətdə dərin kök salmışdır və xüsusi qaydalar bu mərasim boyunca gözlənilməlidir. Çay büllur armudu stəkan və ya fincanlarda süfrəyə verilir.

Biznes görüşlərində və mühüm söhbətlər zamanı çay təklif etmək yaxşı qarşılanır.

Əvvəlcə də qeyd olunduğu kimi formaca armudu xatırladan “armudu” və ya “boğmalı” adlandırılan stəkanlar azərbaycanda çay içmək üçün hamılıqla istifadə olunur. Stəkanın bu formada olması içkini həm isti tutur, həm də barmaqları çayın istisindən yanmaqdan qoruyur.

Siz düşünə bilərsiz ki, samovar rus mədəniyyətinə məxsusdur amma Azərbaycanda da geniş şəkildə istifadə olunur. Arxeoloji qazıntılardan tapılan sübutlar göstərir ki, Azərbaycan xalqı bu ləvazimatı ruslardan çox öncə icad ediblər.

Gələn dəfə Azərbaycana gəldiyiniz zaman və ya Sinalco ofislərindən nümayəndlər ilə biznes görüşlərinizdə bir fincan “Çay” içməyi unutmayın və mümkünsə çay evlərini ziyarət edin. Azərbaycan çayını içmək üçün xüsusi bir vaxta ehtiyac yoxdur amma Azərbaycan bu isti içkini dadmaq üçün ənənəvi çay evləri ilə zəngindir.

Share This