Prezident İlham Əliyev V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu rəsmi olaraq açıq elan edib

2 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib.

Prezident Əliyev Azərbaycanın rolundan, habelə digər dinlər, ənənələr və mədəniyyələrə qarşı əsrlər boyu göstərilən toleranlıqdan bəhs edib.

Prezident bildirib ki, millətlər yalnız əməkdaşlıq və qarşılıqlı hörmət çərçivəsində uğur qazana bilər. Azərbaycanın sürətli inkişafı qismən də olsa coğrafi pozisyasından, həmçinin Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylikdən qaynaqlanır deyə o bildirib.

Ölkə başçısı müxtəliflik və mədəni dialoqa əsaslanan Azərbaycan tarixi haqqında danışıb.

Multikultiralizm Azərbaycanda yaşam tərzidir.

İlham Əliyev 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan olunduğundan da bəhs edib. Bu bütün dünyaya həmrəylik nümayiş etdirmək üçün atılan bir addım idi.

Ölkə hökümətinin beynəlxalq səviyyədə dəstəklədiyi multikulturalizmın məqsədi Azərbaycan xalqının tarixi dəyərlərini təqdim etməkdir.

Son illərdə mədəniyətlərarası mübadilə və dialoqu dəstəkləmək üçün Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib.

Dövlət başçısı ölkələr arasında əlaqələr yaratmağın təməl prinsipləri olan tərəfdaşlıq, həmrəylik və əməkdaşlıq kimi önəmli məsələlərdə beynəlxalq diqqəti cəlb etməyin əhəmiyyətindən də bəhs edib.

Azərbaycan həmçinin Avropa və İslam dünyası arasında dialoq vasitəsi olan “Baku Prosesi”ni təşkil etməklə dinlərarası əməkdaşlığa töhfə verib. Bu əməkdaşlıq üçün böyük şanslar yaradıb və Birləşmiş Millətlər Təşkilatı tərəfindən də dəstəklənib.

Mədəniyyətlərarası dialoq Azərbaycan üçün Avropa və Asiya arasında qarşılıqlı anlaşmanın təmin edilməsi üçün yeni ideyaların yaranması naminə böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev  Xəzər Regionunun siyasi vəziyyətindən də söz açıb.

Cənab Əliyev daha sonra Azərbaycanın necə fəal üzv olduğundan və bir çox ölkə ilə olan strateji tərəfdaşlığından bəhs edib.

Qarşılıqlı əməkdaşlıq üçün tərəfdaşlığın gücləndirilməsi Azərbaycanın gündəmindədir. Bu enerji layihələri və təhlükəsizliyi ilə yanaşı həyata keçiriləcək.

Ölkə başçısı bütün Forum iştirakçılarına təşəkkürünü bildirərək Forumun işinə uğurlar arzuladı və müzakirələrin səmərəli olacağına əminliyini ifadə etib.

UN Web TV: http://webtv.un.org/watch/player/6032094164001

Share This