Caz  çox dahiyanə bir sənət olub improvizasiyadan ibarətdir, Azərbaycanda isə özünəməxsusluğu ilə seçilir.

Caz  Afrika musiqi ənənələrinə əsaslanaraq Amerika Birləşmiş Ştatlarında yaranmışdır. Caz bütün dünyada öz pərəstişkarları tərəfindən başa düşülən “danışıq” və ümumi ifadə dilidir.

Azərbaycan Cazı mahnılarda və ifada improvizasiyaya yer verilə bilən ənənəvi musiqi növü olan Muğamdan törəmişdir. Cazın bu növü çox spesifikdir və bununla yanaşı Xəzər Regionun öncü ruhunu tam şəkildə əks etdirir.

Azərbaycanın klassik musiqisi hesab edilən və ölkənin mürəkkəb tarixi keçmişini əks etdirən Muğam 2008-ci ildə YUNESKO tərəfindən tanınaraq “Qeyri-Maddi Mədəni İrs Siyahısı”-na daxil edilmişdir.

Azərbaycan Cazının tarixi keçmiş Sovet İttifaqı dövrünə, XX əsrin əvvələrinə təsadüf edir. Həmin dövrdə Bakı əsl yaradıcılıq mərkəzlərindən biri idi. Həm mədəni olaraq həm də musiqi səhnəsində bir çox çey baş vermişdi.

 

 

Vaqif MustafazadəRafiq Babayev Azərbaycan Cazının yaradıcıları və atası hesab olunurlar. Onlar əhəmiyyətli dərəcədə improvisaziya edərək klassik caz ilə ənənəvi Muğam musiqisinin harmoniyasını yaratdılar. Məhz elə bu Azərbaycan caz səhnəsini unikal və mükəmməl qıldı.

Azərbaycan cazının özünü təsdiq etməsi isə 1960-cı illərin sonunda bəstəkar Qara QarayevRafiq Hacıyevin bu növü daha geniş beynəlxalq diqqət mərkəzinə təqdim etmələri ilə baş verdi.

Hər il Azərbaycanda Bakı Beynəlxalq Caz Festivalı keçirilir. Musiqinin bu növünə olan maraq yüksək səviyyədədir və Festival dünyanın hər yerindən bəstəkarlar, ifaçılar və ekspertləri cəzb edir.

Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Muğam Festivalı və Üzeyir Hacıbəyov adına Musiqi Festivalı caz üçün nəzərdə tutulmuş tədbirlərdən yalnız bir neçəsidir.

 

 

Azərbaycan Cazı canlı və dinamikdir, milli musiqiçilər Əzizə Mustafazadə, Əminə Fiqarova, İsfar Sarabski və Şahin Növrəsli dünya şöhrətinə malik olub ən məşhur müasir musiqiçilər hesab olunurlar.

Son olaraq, Azərbaycan Cazının əsl gücü ənənəvi musiqinin aparıcı qüvvə olaraq qalması ilə Qərb və Şərq musiqi üslublarını tək bir güclü və xüsusi ifadə ilə birləşdirmə qabiliyyətinə malik olmasıdır. Bu isə tamamilə mədəniyyətlərarası mübadilənin parlaq bir nümunəsi, həmçinin ortaq dəyərlər və dünya səadəti üçün xoş bir mesajdır.