Qarşıladığımız il peşəkarlıq və dəyişiklik üçün gündən-günə artan bir ehtiyaca səbəb olacaq. Bəziləri qlobal iqtisadiyyatda baş tutacaq yenilikləri öncədən görərkən digərləri isə açıq qaynaqlı məlumatları və süni intellektin tərəqqi etməsi üçün yeni imkanları göz önündə saxlayacaq.  Gələcək imkanları dəyərləndirmək və dünyanı mümkün olduğu qədər daha çox insan üçün yaxşı bir yerə çevirmək istəyənlər üçün əlverişli şərait yaradacaq. Sinalco-da biz yeni sərgüzəştlərə start verməyə və dəyişiklikləri mənimsəməyə hazırıq, həmçinin daim özümüzü və xidmətlərimizi yaxşılaşdırmaq üçün yenilikləri nəzərdən keçiririk. Biz tərəfdaş, müştəri və müşavirlərin nüfuzlu əhatəsində yaşayırıq və hər birimiz bazara necə daha çox dəyər qazandırmaq lazım olduğunu bilirik. Sinalco fəaliyyət göstərdiyi hər bir sahədə müsbət təsir yaratmaq və Azərbayan, İtalya və digər ölkələr arasındakı əlaqələri gücləndirmək üçün buradadır.

2018-ci ildə bəhs ediyimiz mövzular:

Yanvar

2018-ci ildə baş tutmuş hadisələrin qısa məcmusunu təqdim etdik və qarşıdan gələn il üçün öhdəliklərimiz barəsində vədlər verdik. Ümid edirik ki, gözləntiləri qarşılaya bildik. Davamını oxu

Fevral

1997-ci ildən bəri hər il baş tutan Gənclər gününü qeyd etdik. Davamını oxu

Mart

Sinalco qeyri-adi zənginliyə malik olan Azərbaycan xalçalarından bəhs etdi. Davamını oxu

Aprel

2018 Formula 1 Azərbaycan Gran Prisində sürət və həyəcan! Davamını oxu

May

Bakı Expo mərkəzində baş tutmuş 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisindən bəhs etdik. Davamını oxu

İyun

Paytaxt Bakıda keçirilən “BMX Racing 2018”– dən söz açdıq. Davamını oxu

İyul

Qəbələ Beynəlxalq Musiqi Festivalı ayın əsas mövzusu oldu. Davamını oxu

Avqust

Azərbaycanın milli geyimləri və ənənəvi ipək şal olan Kəlağayının sirlərindən danışdıq. Davamını oxu

Sentyabr

Azərbaycan klassik musiqi sənətinin və operasının banisi və dirijoru, Sovet dövrünün tanınmış bəstəkarı Üzeyir Hacıbəyovun doğum gününü qeyd etdik. Davamını oxu

Oktyabr

Oktyabrda isə 140 yaşı olan Azərbaycan mətbuatından söz açan füsunkar bir məqalə yayımladıq. Davamını oxu

Noyabr

Azərbaycanın özünəməxsus və unikal rəqs sənətindən söz açdıq. Davamını oxu

Dekabr

Dekabrda isə Azərbaycanın təbii möcüzələrindən olan palçıq vulkanlarından bəhs etdik. Davamını oxu

 

İl boyunca Sinalco-nun portfelinə BuzovnaBilgəhdə yerləşən şəxsi villalarla birgə digər bir çox beynəlxalq səviyyəli layihələr əlavə olunub.

Bu il sizi bütün yeniliklərdən xəbardar etməyə və önümüzdəki 12 ay müddətində biznesinizi böyütmək üçün sizə saha çox məlumat və dəstək verməyə davam edəcəyik. Sədaqətiniz və Sinalco- nu etibarlı biznes partnyoru kimi seçdiyiniz üçün təşəkkür edirik.

İşinizdə layiq olduğunuz müvəffəqiyətə nail olmaq üçün bu il də yorulmadan çalışacağımızdan əmin ola bilərsiniz.

2019-cu iliniz mübarək!