“Nar festivalı” Azərbaycanda, Göyçay şəhərində mütəmadi təşkil olunan mədəniyyət festivalıdır.

Festival müxtəlif növ narlar, eləcə də yerli sahibkarların müxtəlif nar məhsullarını təklif edən sərgilər təqdim edir.

 

nashrab

 

Ziyarətçilər tərəfindən müxtəlif növ narların dadına baxıla bilər. Festivalda iştirak edən insanlar həmçinin təbii meyvə şirələrindən və xüsusi nar siropu olan “Narşərab”dan da dada bilərlər.

Festivalın əsas məqsədi Göyçay narını bütün dünyada təbliğ etmək və bu qeyri-adi meyvənin mətbəxdə istifadə və biliklərini yaymaqdır.

 

Goychay

 

Narın Azərbaycan, İran, Türkiyə, Özbəkistan, Birləşmiş Ştatlar və Latın Amerikasında bitməsinə baxmayaraq Göyçay yeganə yerdir ki, orada narın bütün növləri əkilir. Dünya bazarında nar üçün böyük tələbat var. Nar tibbi faydaları ilə yanaşı o həm də cənnət meyvəsi hesab edilir, çünki onun adı Müqəddəs Quranda çəkilib.

Bayramın ən böyük narına mükafat verilir və narla bağlı olan digər müxtəlif yarışlar keçirilir.

Festival zamanı bir sıra əyləncə fəaliyyətləri də həyata keçirilir. Folklor qrupları və rəqs qrupları idman yarışları ilə yanaşı, öz çıxışlarını təqdim edirlər. Festival boyu davam edən parad zamanı ənənəvi rəqslər həyata keçirilir və Azərbaycan musiqisi səsləndirilir. Festival şəhərin əsas meydanında böyük konsert proqramı və ənənəvi atəşfəşanlıqla başa çatır. Adətən Oktyabr ayında baş tutan festivalı minlərlər insan ziyarət edir.

 

pomegranate